Qazaxıstan siyasi sistemini dəyişir | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat yayır. 145 yerdən ibarət “Qurultay” adlanacaq həmin parlamentə deputatlar 5 illik müddətə seçi
Bundan əlavə, islahatlar dövlət müşaviri vəzifəsinin ləğvini nəzərdə tutur. Əvəzində vitse-prezident vəzifəsi təsis olunacaq.
Vitse-prezidentin namizədliyini prezident irəli sürəcək, parlament isə təsdiqləyəcək.
İslahatların həyata keçirilməsi üçün Konstitusiyaya 40-a yaxın dəyişiklik etmək lazımdır. Bundan başqa, 60-yaxın qanun dəyişdirilməlidir.
Tokayev bu prosesi yeni Konstitusiyanın qəbulu ilə müqayisə edib. Təşəbbüs bir il ərzində ictimai müzakirə olunacaq.
2027-ci ildə referendumun keçiriləcəyi gözlənilir. Ondan sonra yenidən parlament seçkisi keçirilməlidir.
Qeyd edək ki, Qazaxıstanın hazırkı siyasi sistemində prezidentdən sonra ikinci şəxs Senatın sədridir.
Tariyel Həsənov AzVision.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu