Qazaxıstan taxılının Azərbaycana tədarükü 2024cü ildə 86% artıb AZƏRTAC | Icma.az
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 9 yanvar, AZƏRTAC 2024-cü ildə "Qazaxıstan Dəmir Yolları" SC şəbəkəsi üzrə ümumi taxıl daşınmasının həcmi 10,6 milyon ton təşkil edib.AZƏRTAC "Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili daşımalar 13% artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton təşkil edib.
Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 2024-cü ildə 86% artıb.Oxşar müsbət dinamika digər ölkələrlə ticarətdə də müşahidə olunur: Tacikistana ixrac 20%, Qırğızıstana 92%, İrana tədarük isə iki dəfə artıb.
Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiriAstana Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu