Qazaxıstan tengesi kəskin ucuzlaşdı

02.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bazar ertəsi, dekabrın 2-də, Qazaxıstan birjasında Amerika valyutasının məzənnəsi bir dollar üçün 530,8 tengəyə yüksəlib ki, bu da bütün ticarət tarixində tarixi maksimumdur.

Bakıvaxtı.az RBK-ya istinadən xəbər verir ki, ümumilikdə, ilin əvvəlindən Qazaxıstanın milli valyutası 15%-dən çox ucuzlaşıb.

Qazaxıstan Milli Bankının bazarı sabitləşdirmək üçün 1,26 milyard dollarlıq tədbirlər görməsinə baxmayaraq, milli valyutanın məzənnəsi enməkdə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью