Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin saytında məlumat verilib.
Təyyarə qəzasında xəsarət almış 4 nəfər Aktauda reanimasiyadadır Qeyd olunub ki, hazırda üç yaralının daşınması ilə bağlı məsələlər Qırğızıstanın səhiyyə orqanları ilə müzakirə olunur. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır və süni nəfəs aparatına qoşulub.
Qazaxıstan Səhiyyə Nazirliyi əlavə edib ki, Azərbaycandan olan iki xəstənin təxliyəsi məsələsi ilə bağlı həkimlərlə məsləhətləşmələrin aparılması və onların göndərilməsi prosesinə hazırlığın qiymətləndirilməsi planlaşdırılır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Təyyarə qəzasında xəsarət almış 4 nəfər Aktauda reanimasiyadadır Qeyd olunub ki, hazırda üç yaralının daşınması ilə bağlı məsələlər Qırğızıstanın səhiyyə orqanları ilə müzakirə olunur. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır və süni nəfəs aparatına qoşulub.