Qazaxıstan tranzit yükdaşımanı 2030 cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

15.10.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Beynəlxalq nəqliyyat dəhlizləri rəqabət aparmaq əvəzinə bir-birini tamamlamalıdır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı yalnız yeni dəmir yolları və limanlar tikməkdən asılı deyil, eyni zamanda, sabit və dayanıqlı yükdaşımanı təşkil etməkdə və iqtisadi divident qazanmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanov “TransLogistica Kazakhstan 2026” sərgisində deyib.

O bildirib ki, Qazaxıstan Xəzər dənizi sahilində nəqliyyat infrastrukturunu yeniləyərək tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır.

Latviyanın beynəlxalq yükdaşıma şirkətinin nümayəndəsi Aleksandr Nepoçatov isə nəzərə çatdırıb ki, Avropadan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya yük daşımaq üçün aldıqları sifarişlər 2024-cü illə müqayisədə 70 faiz artıb: “Buna görə də Orta Dəhlizin infrastrukturu inkişaf etdirilməlidir ki, yükləri tam həcmdə daşımaq mümkün olsun, sifarişlər vaxtında yerinə yetirilsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью