Qazaxıstan Ukrayna dronlarının hücumlarına görə 3,8 mln. ton neft ixrac edə bilməyib

28.01.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Qazaxıstan 2025-ci ildə Ukrayna pilotsuz uçuş aparatlarının Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) Dəniz Terminalına hücumları səbəbindən təxminən 3,8 milyon ton neft ixrac edə bilməyib.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov məlumat verib.

“KTK ilə bağlı olaraq biz təxminən 3,8 milyon ton nefti ixrac edə bilmədik”, – nazir qeyd edib.

Qeyd edək ki, ötən il Xəzər Boru Kəməri Konsorsiumunun Dəniz Terminalının inzibati binasını, nasos stansiyası, yanalma körpüsü və terminala yaxınlaşan bir neçə neft tankeri ayrı-ayrı vaxtlarda Ukrayna dronlarının hücumlarına məruz qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью