Qazaxıstan və Azərbaycan arasında ticarət münasibətləri: cari ilin ilk iki ayının yekunları

16.04.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Cari ilin yanvar-fevral ayları ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 84 milyon dollar təşkil edib ki, bu da ölkənin hesabat dövrü ərzində ümumi ticarət dövriyyəsinin 0,4 faizinə bərabərdir.

AZƏRTAC Qazaxıstanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, Azərbaycana ixrac həcmi 76.4 milyon dollar təşkil edib. Bu isə ümumi həcmin 0,7 faizidir. Azərbaycandan idxal həcmi isə 7,6 milyon dollar və ya ümumi həcmin 0,1 faizini təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью