Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevlə görüş keçirib.
Bu barədə "Xalq Cəbhəsi"nə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Görüş zamanı elm və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər, bağlanan sazişlər və əməkdaşlıq haqqında memorandumları əsasında həyata keçirilən ikitərəfli əlaqələrin inkişafının artan xarakterini vurğulayıblar.
Bu kontekstdə dövlət, universitet qrantları və müxtəlif təqaüd proqramları çərçivəsində tələbə mübadiləsinin aktivləşdirilməsi üçün birgə səylər vurğulanıb.
Səfir Bayel Azərbaycanın aparıcı ali təhsil müəssisələrində təhsil alan qazaxıstanlı tələbələrin sayının artdığını bildirib.
O, gənclərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini ifadə edib və Qazaxıstanın da Azərbaycandan daha çox abituriyenti qəbul etməyə hazır olduğunu vurğulayıb.