Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
"Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir.
Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik", - deyə Qazaxıstan Lideri vurğulayıb.
Kasım-Jomart Tokayev Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlı olduğunu bildirib.
O qeyd edib: "Hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə olunub.
Məsələn, transformatorların birgə istehsalına başlanılması planlaşdırılır.