Qazaxıstan və Çin Avropaya yük daşımaları üçün yeni dəmir yolu xəttindən istifadə etməyə başlayıb

05.03.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan-Çin Dəmir Yolları Çin və Avropa arasında yük daşımaları üçün “Qazaxıstan-Türkmənistan-İran-Türkiyə” sərhədindən keçən yeni dəmir yolu xəttini açıb.

Bizimyol.info xəbər verir ki, Qazaxıstan Milli Dəmir Yolları Şirkəti Qazaxıstanın KTZ Express ASC və Çin Dəmir Yolu Konteyner Nəqliyyat Şirkəti CRCT-nin Çin və Avropa arasında yeni dəmir yolu xəttində yük daşımalarına başladığını açıqlayıb.

Açıqlamada Çindən Polşaya televiziya komponentlərini daşıyan ilk yük qatarının sözügedən dəmir yolu xətti ilə yola düşdüyü bildirilib: "Çinin Çenqdu şəhərindən yola düşən yük qatarı Qazaxıstan, Türkmənistan, İran və Türkiyədən keçərək təxminən 40 gün ərzində təyinat məntəqəsi olan Polşanın Lodz şəhərinə çatacaq", - deyə məlumatda qeyd edilib.

Bəyanatda o da, bildirilib ki, bu dəmir yolu xətti təkcə regionun daşıma imkanlarını genişləndirmir, həm də beynəlxalq logistikanı daha çevik, daha sürətli və etibarlı edir: "Belə bir xidmətin istifadəyə verilməsi Qazaxıstanın əsas tranzit qovşağı kimi strateji rolunu təsdiqləyir və qlobal yükdaşıma xəritəsində onun mövqeyini möhkəmləndirir”, - deyə qeyd edilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью