Qazaxıstan və Çin Orta Dəhlizlə yükdaşımanın artırılmasını müzakirə edib

31.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstanın “KTZ Express” Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Aybek Kapar Çinin Chengdu “International Railway Port Investment and Development Co., Ltd” şirkətinin direktorlar şurasının sədri Pan Çzyanxu ilə görüşüb.

XQ Çin mətbuatına istinadla xəbər verir ki, görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımanın artım dinamikası, dəhliz boyu göstərilən xidmətlərin yüksəldilməsi, dəhlizin genişləndirilməsi və yükaşırma imkanlarının artırılması məsələləri müzakirə olunub.

Çinin Sıçuan vilayətindəki Çandu dəmir yolu limanına malik olan şirkət Çin ilə Avropa arasındakı yükdaşımaları həyata keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью