Qazaxıstan və Çin Xəzər dənizində karbohidrogen hasil edəcəklər

24.06.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"KazMunayQaz" Çinin CNOOC şirkəti ilə müqavilə imzaladığını açıqlayıb.

Oxu.Az-ın xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" nəşri məlumat yayıb.

Məlumata görə, söhbət Xəzər dənizinin şimal-şərq hissəsinin tranzit zonasında yerləşən "Jılıoy" layihəsində karbohidrogenlərin kəşfiyyatı və hasilatına aiddir.

"Bu hadisə Qazaxıstan və Çin arasında neft-qaz sektorunda strateji tərəfdaşlığın inkişafında mühüm mərhələdir. Böyük Çin şirkəti CNOOC məhz geoloji kəşfiyyat layihəsindən başlayaraq Qazaxıstana ilk dəfə investisiyalarla daxil olur", - "KazMunayQaz" qeyd edib.

Tərəfdaşlıq "Jılıoy" layihəsinin 50/50 pariteti əsasında birgə həyata keçirilməsini nəzərdə tutur, eyni zamanda, kəşfiyyat dövrünün maliyyələşməsini Çinin CNOOC şirkəti təmin edəcək.

Planlaşdırılan geoloji kəşfiyyat işlərinin minimal iş proqramına aşağıdakılar daxildir:

- 3D seysmik kəşfiyyat - 400 kv.km ərazinin çöl işləri, emalı və interpretasiyası;

- tarixi 2D məlumatların təkrar emalı - 400 poqonkilometr;

- duz təbəqəsinin üzərindəki, dərinliyi 2000 metr olan bir kəşfiyyat quyusunun (müstəqil mərhələ) qazılması;

Həmçinin əldə edilmiş 3D seysmik kəşfiyyat məlumatlarının nəticələrindən asılı olaraq, duz təbəqəsinin altındakı, dərinliyi 4.5 min metr olan bir kəşfiyyat quyusunun (asılı mərhələ) qazılması.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью