Qazaxıstan və Gürcüstan arasında mühüm saziş imzalandı

29.06.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Astanada təkbətək danışıqlar aparıblar.

Axar.az xəbər verir ki, bu barədə “Akorda” məlumat yayıb.

Məlumata görə, görüşün nəticəsinə əsasən, strateji tərəfdaşlığın qurulmasına dair saziş imzalanıb.

Qeyd edək ki, daha öncə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iki ölkə arasında strateji tərəfdaşlığa dair sazişin imzalanacağı barədə məlumat vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью