Qazaxıstan və İƏİT Orta Dəhlizin inkişafı barədə

18.03.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Astana, 18 mart, AZƏRTAC

Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Asan Darbayevlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya İdarəsinin rəhbəri Uilyam Tompson arasında Astanada keçirilən görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyətinin artırılması layihəsi də daxil olmaqla Avropa İttifaqının dəstəyi ilə birgə təşəbbüslərin həyata keçirilməsi müzakirə olunub.

AZƏRTAC Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, marşrutun inkişafı Avropa ilə Asiya arasında tranzit potensialının və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью