Qazaxıstan və Monqolustan qarşılıqlı şəkildə pensiya hüquqlarını tanıyacaq

22.01.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Qazaxıstan Senatı Monqolustanla pensiya sektorunda əməkdaşlıq haqqında müqavilələri təsdiqləyib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qanun Qazaxıstan və Monqolustan vətəndaşlarına pensiyaların təyin edilməsi və ödənilməsi məsələlərini sadələşdirməyə, eləcə də başqa bir dövlətin ərazisində qazanılmış iş təcrübəsinin nəzərə alınmasına yönəlib.
Sənədə əsasın, hər iki ölkədə toplanmış iş təcrübəsi pensiya ödənişləri təyin edilərkən tanınacaq və hesablanacaq.
Bundan əlavə, Monqolustana köçərkən qazaxıstanlılar toplanmış pensiyalarını Pensiya Fondundan alacaqlar. Hər iki ölkənin vətəndaşlarına pensiyaların təyin edilməsi və ödənilməsi yaşayış ölkəsinin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью