Qazaxıstan və Özkəbistan klubları Bakıya gələcək

25.08.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 30-dan sentyabrın 3-dək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Futbolpress.az xəbər verir ki, “AHF Arena”da başlanacaq ənənəvi yarışda kişilərdən ibarət 6 komanda iştirak edəcək. OKMK (Özbəkistan), “Kür” (Azərbaycan) və “Astana” (Qazaxıstan) A qrupunda, Qazaxıstan millisi, “Bakı” (Azərbaycan) və “Qarabağ” (Azərbaycan) B qrupunda mübarizə aparacaq.

Qrup oyunlarından sonra ilk iki yeri tutan kollektivlər yarımfinal görüşlərində üz-üzə gələcəklər. Bu mərhələni adlayan komandalar isə finalda baş mükafatın sahibini müəyyənləşdirəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью