Qazaxıstan xarici turistlər üçün QR kod kartları təqdim edəcək

05.02.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan xarici turistlərin təhlükəsizliyini təmin etmək üçün yeni bir tədbir olaraq onlara QR kod kartları təqdim etməyə başlayır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Kazinform” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, turistlər artıq ölkəyə daxil olarkən sərhəd-nəzarət məntəqələrində QR kod kartlarını əldə edə biləcəklər.

İlk QR kod kartları Astana Beynəlxalq Hava Limanında xarici qonaqlara təqdim edilib.

Bu sistemin tətbiqi turistlərin qorunması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью