Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna hücum səbəbindən 3,8 milyon ton neft ixracını itirib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu energetika naziri Yerlan Akkenjenov deyib. Nazir bildirib ki, 2025-ci il üçün planlar artıqlaması ilə yerinə yetirilib.
O, həmçinin qeyd edib ki, bir ay ərzində BƏƏ-dən Xəzər Boru Kəməri Konsorsiumu üçün iki yeni körpü gətiriləcək.
"Biz Birləşmiş Ərəb Əmirliklərinə 2 yeni VPU sifariş etmişik. Onlar artıq hazırdır. Çatdırılma müddəti təxminən 30 gündür. İndi onların gəmilərə yüklənməsi və Qazaxıstana göndərilməsi məsələsi həll olunur. Onlar 30 gün ərzində çatmalıdır. Daha sonra onların quraşdırılması və digər VPU-ların sökülməsi işləri aparılacaq ki, bu da təxminən 40 gün çəkəcək. Ümumilikdə körpünün quraşdırılmasına 70 gün sərf edəcəyik", - Akkenjenov deyib.
Qeyd edək ki, 29 noyabr 2025-ci ildə Ukrayna Xəzər Boru Kəməri Konsorsiumuna hücum edib.
Anar