Qazaxıstan Xəzərdə təlimlərə başladı

11.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər dənizində planlı təlimlərə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

"Ekipajlar Qazaxıstan sektorunun bütün akvatoriyasından keçməli, müxtəlif şəraitlərdə fəaliyyətləri məşq etməli və praktiki atışlar həyata keçirməlidirlər", - qurumdan bildirilib.

Məlumata görə, təlimlər üç mərhələli olacaq. Dənizçilər gəmilər arasında qarşılıqlı əlaqəni, naviqasiya və rabitəni, gəmini idarəetməni və silahların tətbiqini məşq edəcəklər. Sahildən aralıda ekipajlara xüsusi diqqət yetiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью