Qazaxıstan Xəzərin dibini qazmağa başladı │ FOTO

05.10.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstanın Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu işlər dənizin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar həyata keçirilir.
Limanın dibindən təxminən 1,3 milyon kubmetr qruntun çıxarılması planlaşdırılır. Bununla da akvatoriyanın dərinliyi 6–7 metrə qədər artacaq.

Bu işlər limanın ötürücülük qabiliyyətinin artmasına və Transxəzər Nəqliyyat Marşrutu ilə daşımaların həcminin 30%-dək yüksəlməsinə töhfə verəcək. Yüklərin dəniz nəqliyyatı ilə daşınma dəyəri isə 10–15% azala bilər.
İşlərin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Tariyel Həsənov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью