Qazaxıstan yüksək texnologiyalı PUA istehsal edəcək AZƏRTAC

17.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 yanvar, AZƏRTAC

“Yesil Technology Company” Qazaxıstanın Almatı vilayətində yüksək texnologiyalı pilotsuz uçuş aparatları istehsal edəcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Kazinform informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi ilə investorlar arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qazaxıstanın sənaye və iqtisadiyyatının şaxələndirilməsinin dəstəklənməsinə yönəlmiş layihənin dəyəri 12 milyon ABŞ dollarına yaxındır. Pilotsuz təyyarələr ölkə bazarlarına çıxarılacaq və Mərkəzi Asiya dövlətlərinə ixrac ediləcək.

İstehsal proseslərinə beynəlxalq mühəndislər və qazaxıstanlı mütəxəssislər cəlb olunacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью