Qazaxıstana gəmi ilə getmək MÜMKÜN OLACAQ

15.09.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Eldar Salahov və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel arasında keçirilən görüşdə tərəflər nəqliyyat-logistika əməkdaşlığını müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, səfir Qazaxıstanın "Kurık – Bakı – Kurık" bərə xəttində sərnişin daşımalarının bərpası təşəbbüsünə dəstəyə görə təşəkkür edib və bu xəttin turizm mübadiləsini gücləndirəcəyini vurğulayıb.
E.Salahov bu istiqamətdə işlərin artıq başlandığını bildirib. Görüşdə, həmçinin Ələt limanında birgə intermodal terminalın tikintisinin sürətləndirilməsi məsələləri də müzakirə olunub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью