Qazaxıstana yeni hərbi attaşe təyin edildi

20.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qazaxıstana yeni hərbi attaşe təyin edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkovla görüşüb. 

Qazaxıstanın müdafiə idarəsinin rəisi ikitərəfli əməkdaşlığın müsbət dinamikasını qeyd edib və yeni təyin olunmuş hərbi attaşe polkovnik Fuad İbrahimova yeni sahədə uğurlu fəaliyyət arzulayıb.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью