Qazaxıstanda 1 milyard dollara mərmi zavodu tikilir

10.12.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanda əsas döyüş sursatı komponentləri istehsal edəcək dörd müəssisənin daxil olduğu ASPAN layihəsi hazırdır.

Reyting.az “Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, bu barədə “Great Sky” şirkətinin baş direktorunun birinci müavini Andrey Tixonenko danışıb.

Onun sözləriunə görə, sursat istehsalı üçün lazım olan bütün xammal Qazaxıstanda yerləşir.

Qeyd olunur ki, layihə Qazaxıstan ordusunun istifadə etdiyi minaatan mərmilərinin və artilleriya mərmilərinin (82 mm, 120 mm, 122 mm və 152 mm), o cümlədən NATO standartına uyğun sursatın - 155 mm-lik mərmilərin (M107, M795) və ixrac üçün 60 mm-lik minaatan mərmilərinin istehsalını nəzərdə tutur.

Layihənin ümumi dəyəri təxminən 500 milyard tengedir (1 milyard ABŞ dolları) və strateji istehsal müəssisəsinin 2027-ci ildə işə düşəcəyi gözlənilir.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью