Qazaxıstanda 22 ton neft daşıyan yük maşını yanıb

03.09.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın Türküstan bölgəsində, Almatı-Termez-Daşkənd avtomobil yolunda 22 ton sintetik yağ daşıyan yük maşını yanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində yük maşını və qoşqu tamamilə məhv olub və yağın bir hissəsi yola tökülüb. Alovlar təxminən 1 hektar quru ot sahəsini külə çevirib.

Yanğın ətrafdakı quru otlara yayılıb və təxminən 1 hektar ərazi yanıb.

Hadisə yerinə göndərilən Türküstan bölgəsindən və Şımkent şəhərindən təcili yardım qrupları yanğına müdaxilə edərək alovu tamamilə söndürüblər. Yanğınsöndürmə işlərində 20 nəfərlik heyət və 5 texnika iştirak edib.

Yanğında heç kim xəsarət almayıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью