Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ oldu

25.11.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Sfera.az xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də (Bakı vaxtı ilə saat 22:42-də) baş verib. Zəlzələnin episentri Çin sərhədinə yaxın Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью