Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 17 iyun, AZƏRTAC
İyunun 18-də Qazaxıstanın Akkol rayonunda antiterror təlimlərinin keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC Qazaxıstan Respublikasının Antiterror Mərkəzinə istinadla xəbər verir ki, təlim tədbirləri Akkol şəhərində, “Barap” meşə təsərrüfatı ərazisində keçiriləcək.
Təlimlər çərçivəsində şəhərdə avtonəqliyyat vasitələrinin hərəkətini və əhalinin sərbəst gediş-gəlişini məhdudlaşdıran müvəqqəti tədbirlərin tətbiqi nəzərdə tutulur.
Vətəndaşlar tətbiq olunacaq məhdudiyyətlərə anlayışla yanaşmağa, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə əməl etməyə, yalnız rəsmi informasiya mənbələrinə etibar etməyə və yalan məlumatların yayılmasına yol verməməyə çağırılıblar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana