Qazaxıstanda azərbaycanlı ilə yapon arasında maraqlı dialoq VİDEO

03.02.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstanda yaşayan yapon ilə azərbaycanlının dialoqu maraq doğurub.

Ölkə.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, küçədə sorğu keçirən yapon azərbaycanlı şəxsə yaxınlaşaraq hansı ölkədən olduğunu soruşub.

Etimad adlı şəxs əvvəlcə özünü itirərək "alo" deyib. O, daha sonra əlavə edib ki, Qazaxıstana iş üçün gedib.

Sorğunu aparan gənc isə yapon olduğunu və Azərbaycan dilini bildiyini söyləyib. O, həmçinin dilimizin çox çətin olduğunu bildirib.

Billurə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью