Qazaxıstanda balet artistlərimizin uğurlu çıxışı

16.04.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın Astana şəhərində 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin 80-ci ildönümünə həsr edilmiş gənc xoreoqrafların beynəlxalq festivalı keçirilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, teatrımızın balet artistləri Aza Nurullayeva və Səbinə Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının tərkibində ölkəmizi uğurla təmsil ediblər. Festivalda təmsilçilərimizlə yanaşı, Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistandan olan qruplar da iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью