Qazaxıstanda baş verən ağır yol qəzasında 12 nəfər ölüb

23.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astana, 23 oktyabr, AZƏRTAC

Qazaxıstanın Belkopa qəsəbəsi yaxınlığındakı Samara-Şımkent avtomobil yolunda “DAF” markalı yük maşını ilə “QAZell” markalı minik avtomobili toqquşub.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, yük maşını qaydaları pozaraq qarşı yola çıxıb.

Qəza nəticəsində “QAZell”də olan hər iki sürücü və on sərnişin hadisə yerində keçinib. Beş nəfər xəstəxanaya çatdırılıb.

İnsidentlə bağlı ibtidai istintaq başladılıb. Hadisə yerində polis və istintaq qrupu işləyir. Qəzanın bütün halları araşdırılır, zəruri istintaq hərəkətləri aparılır.

Aktobe vilayətinin icra orqanından verilən məlumata görə, xəstəxanaya çatdırılan beş yaralıdan üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью