Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Qazaxıstanda benzinin qiyməti aprelin 1-dən arta bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu energetika naziri Akkenjenov deyib.
Nazir bildirib ki, respublikada benzinin qiymət artımına mart ayının sonuna qədər moratorium tətbiq olunacaq.
Akkenjenov deyib ki, nazirlik moratorium bitdikdən sonra nə baş verəcəyini proqnozlaşdırmır.
Qeyd edək ki, dövlət 31 martdan sonra müdaxiləni dayandırarsa, qiymətlər təklifdən asılı olaraq bazar əsasında formalaşacaq. Əvvəllər Qazaxıstan benzinin ən aşağı qiymətinə görə Avropa ölkələrinin reytinqinə liderlik edirdi.
Süleyman