Qazaxıstanda çəkisi 6 kqdan çox olan uşaq doğulub Xəbər saytı Son xəbərlər və Hadisələr

08.01.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstanın cənubunda çəkisi 6 kq-dan çox olan uşaq dünyaya gəlib.

"Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Jambıl vilayətinin sakini Aygerim Tukeyeva ilk dəfə ana olub, həkimlər uşağın çəkisi ilə əlaqədar uğurlu qeysəriyyə əməliyyatı aparıblar. Dünya təcrübəsində belə körpələr nəhəng adlanırlar", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, körpə və ana özlərini yaxşı hiss edir və doğum evindən çıxmağa hazırlaşırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью