Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Qazaxıstanda çempion bəlli oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Qazaxıstanın “Ordabası” klubu 2026-cı il mövsümündə ölkə çempionu olub.
QOL.az xəbər verir ki, Şımkent təmsilçisi “Kayrat”ın Qazaxıstan Premyer Liqasının 29-cu turunda “Aktobe” ilə heç-heçə etməsindən (2:2) sonra çempionluğunu rəsmiləşdirib.
Çempionatın başa çatmasına bir tur qalmış “Ordabası” ən yaxın izləyicisini 4 xal qabaqlayaraq qızıl medalları təmin edib.
Bu, Şımkent klubunun tarixində ikinci çempionluqdur. Komanda ilk dəfə 2023-cü ildə Qazaxıstan çempionu olub.
Andrey Martinin rəhbərlik etdiyi kollektiv bununla da “Kayrat”ın iki ilik çempionluq seriyasına son qoyub.