Qazaxıstanda da bütün əyləncə tədbirləri ləğv olundu VİDEO

26.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Qazaxıstanda da bu gün bütün əyləncə tədbirləri təxirə salınıb.

Lent.az xəbər verir ki, dünən Aktau limanı yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəbilə bu gün ölkədəki bütün əyləncə və şou tədbirləri ləğv edilib.

Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək qəzaya uğrayıb. Təyyarədən 32 nəfərin sağ çıxarılması mümkün olub. Hazırda qəzanın baş vermə səbəbləri barədə araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью