525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Jetısusk əyalətində, Sarıozek-Koktal avtomobil yolunun 110-cu kilometrliyində 2 minik avtomobili toqquşub.
525.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, dünən baş verən qəzada 6 nəfər həyatını itirib.
Cəmi 1 nəfər sağ qalıb ki, o da ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Jetısusk əyalət polis departamentindən verilən məlumata görə, hər iki avtomobil "Chevrolet Cobalt" markalı olub. Onlardan biri qarşı yola çıxaraq digərinə çırpılıb.
L.Tağıyeva