Qazaxıstanda əmək miqrantları üçün vahid verginin tətbiq edilməsi planlaşdırılır

21.04.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Astana, 21 aprel, AZƏRTAC

Qazaxıstanda bu il sadələşdirilmiş məşğulluq prosedurlarının şamil olunmadığı əcnəbilər üçün vahid vergi rüsumunun tətbiq edilməsi nəzərdə tutulur.

AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın əmək və sosial müdafiə naziri Askarbek Yertayev məlumat verib.

O bildirib ki, fiziki və hüquqi şəxslər üçün mövcud kvotaların birləşdirilməsi və vahid dərəcələrin müəyyən edilməsi təklif olunur. Rüsumu ödədikdən sonra əcnəbilər həm fiziki, həm də hüquqi şəxslərin yanında işləyə biləcəklər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью