Qazaxıstanda FACİƏ: Bir ailənin yeddi üzvü öldü SƏBƏB

02.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Qazaxıstanın Manqıstau vilayətində bir ailənin beşi uşaq olmaqla yeddi üzvü qazdan zəhərlənərək ölüb.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, ölənlərin hamısı Özbəkistan vətəndaşıdır.

Məlumata görə, hadisə fərdi yaşayış evində qeydə alınıb. İlkin ehtimala əsasən, insident qaz avadanlığından düzgün istifadə edilməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью