Qazaxıstanda güclü yanğın: 226 insan, 2 helikopter...

21.09.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstanın Abay vilayətinin Ayagöz rayonunda “Tarbağatay” Dövlət Milli Təbiət Parkının ərazisində yanğının söndürülməsi işləri davam edir.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsinə 226 insan və 43 texnika cəlb olunub. Həmçinin “Kazaviaspas” və Milli Təhlükəsizlik Komitəsinin iki helikopteri yanğının söndürülməsində iştirak edir.

Yanğının söndürülməsini mürəkkəb dağlıq relyef, dik yoxuşlar, yanğın ocaqlarına aparan yolların olmaması və güclü külək çətinləşdirir.

Yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью