Qazaxıstanda helikopter qəzası KONKRET

09.11.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanın Aktübinsk vilayətində təlim uçuşları zamanı Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri sərt eniş edib.

KONKRET.az Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Onlardan bir nəfəri həlak olub, digər ikisi isə hərbi hospitala çatdırılıb.

İlkin məlumata görə, qəzanın səbəbi texniki nasazlıqdır.

Hazırda operativ qrup tərəfindən insidentlə bağlı təhqiqat aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью