Qazaxıstanda hərbi helikopter qəzaya düşdü Ölən var

09.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın Aktübinsk vilayətində təlim uçuşları zamanı Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri sərt eniş edib.

"Unikal" Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Onlardan bir nəfəri həlak olub, digər ikisi isə hərbi hospitala çatdırılıb.

İlkin məlumata görə, qəzanın səbəbi texniki nasazlıqdır.

Hazırda operativ qrup tərəfindən insidentlə bağlı təhqiqat aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью