Qazaxıstanda hərbi helikopter qəzaya uğradı Ölən var

09.11.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın Aktübinsk vilayətində təlim uçuşları zamanı Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri sərt eniş edib.

Moderator.az Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Onlardan bir nəfəri həlak olub, digər ikisi isə hərbi hospitala çatdırılıb.

İlkin məlumata görə, qəzanın səbəbi texniki nasazlıqdır.

Hazırda operativ qrup tərəfindən insidentlə bağlı təhqiqat aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью