Qazaxıstanda hərbi islahat başlayır: “Dedovşina” olmayacaq

22.10.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Qazaxıstan hərbi islahat planı hazırlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, plana çağırış sistemində dəyişikliklər, iki mərhələli modelin tətbiqi, pilotsuz qüvvələrin yaradılması və ordunun strukturunun nəzərdən keçirilməsi daxildir. Bu, 21 oktyabrda Astanada keçirilən Təhlükəsizlik Şurasının iclasında elan edilib. 

İclas Xəzər dənizində təlimlər zamanı 14 hərbçinin ölümündən bir ay sonra baş tutub.

Əsas dəyişikliklərin 2027-ci ildə tətbiq olunması gözlənilir. İki mərhələli çağırış modelinə keçid altı aylıq xüsusi təlim mərkəzlərində təlimi, qalan altı ayın isə birbaşa hərbi hissələrdə keçirilməsini nəzərdə tutur. Burada əsas diqqət döyüş təliminə və bölmələr daxilində tapşırıqların yerinə yetirilməsinə yönəldiləcək.
Ölkə silahlı qüvvələrin strukturunu və tərkibini nəzərdən keçirməyi, pilotsuz bölmələr yaratmağı və müasir müharibə metodlarına uyğun olaraq digər komponentləri gücləndirməyi də planlaşdırır.

İslahat, həmçinin hərbi məsləhət ofislərinin və hərbi işlər üzrə komissarın yaradılmasını da əhatə edir. Təhlükəsizlik Şurasının iclasında qeyd edilib ki, bundan başqa orduda “dedovşina”ya qarşı əlavə tədbirlər də planlaşdırılır.

“Silahlı Qüvvələrin keyfiyyətini artırmaq məqsədi qoyulub. Bu, idarəetmə, hərbi təlim, kadr siyasəti, hərbi təhsil, müdafiə planlaşdırması və texnoloji avadanlıqla bağlıdır. Xidmət təhlükəsizliyinin, komandanlıq mədəniyyətinin və dövlət resurslarından səmərəli istifadənin təmin edilməsinə xüsusi diqqət yetirilməlidir. Ordunun cəmiyyətlə qarşılıqlı əlaqəsi də dəyişdirilməlidir. Bu, hərtərəfli bir islahatdır. Yarımçıq həllər istənilən nəticəni verməyəcək”, - deyə Prezident Qasım-Jomart Tokayev iclasda bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью