Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana şəhərinin akimi Jenis Kasımbekə ictimai binaların divarlarına qraffiti çəkən şəxslərlə bağlı sərt tədbirlər görülməsi barədə göstəriş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tokayev qeyd edib ki, Qazaxıstan şəhərlərində belə hallara yol vermək olmaz.
Tokayev bələdiyyə ərazilərini korlayan və vandalizm, eləcə də qatı xuliqanlıq təzahürü kimi qiymətləndirilməli olan bu cür "yaradıcılığın" tamamilə qadağan edilməsinə yönəlmiş müvafiq qanunvericilik və normativ tədbirlərin işlənib hazırlanması və qəbul edilməsi barədə göstəriş verib.