Qazaxıstanda ikinci AES tikiləcək

03.02.2026

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Qazaxıstanda ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi dəqiqləşib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə baş naziri Oljas Bektenov qərar imzalayıb.
Qərarda qeyd olunur ki, Olmaota bölgəsinin Cambil rayonu İkinci atom elektrik stansiyası (nüvə qurğusu) və qurğunun tikinti sahəsi kimi təyin edilib. Qərar imzalandığı tarixdən qüvvəyə minib.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin avqust ayında Qazaxıstan tarixində ilk AES-in tikintisinə rəsmi olaraq Almatı vilayətinin Ulken kəndi yaxınlığında başlanılıb. Tikinti işlərini Rusiyanın "Rosatom" şirkəti həyata keçirir.
2025-ci ilin iyun ayında Qazaxıstan Atom Enerjisi Agentliyi Çin Milli Atom Korporasiyasının rəhbərlik etdiyi konsorsiumun ikinci stansiyanı inşa edəcəyini açıqlayıb.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью