Qazaxıstanda ilk AES in inşa ediləcəyi yer müəyyənləşib

25.02.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Qazaxıstan hökumətinin qərarı ilə ölkədə ilk atom elektrik stansiyasının (AES) inşa ediləcəyi yer təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, AES Jambıl rayonunun Almatı əyalətində tikiləcək.

Qazaxıstan ilk AES-in tikintisinə iddiaçıları da müəyyənləşdirib. Siyahıya Çinin CNNC, Cənubi Koreyanın KHNP, Rusiyanın “Rosatom” və Fransanın EDF şirkətləri daxil edilib. Mövcud plana əsasən, ölkədə ikinci və üçüncü AES-in inşası da planlaşdırılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью