Qazaxıstanda ilk AES inşa ediləcək

03.09.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 sentyabr, AZƏRTAC

Qazaxıstanda ölkənin ilk atom elektrik stansiyasının (AES) inşası planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, tikinti işlərinə Qazaxıstan müəssisələrinin və mütəxəssislərinin mümkün qədər daha çox cəlb edilməsi, habelə yerli istehsal olan mal, iş və xidmətlərdən istifadə olunması planlaşdırılır.

“Tengrinews.kz” portalı yazır ki, sənaye, infrastruktur, rəqəmsal xidmətlər və süni intellekt sistemləri tərəfindən elektrik enerjisinə tələbatın artması fonunda AES-in ölkəni sabit elektrik enerjisi ilə təmin edəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью