Qazaxıstanda İtaliya Universitetinin filialı açılacaq

30.05.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bu il Qazaxıstanın Jetısu vilayətində İtaliya Universitetinin filialı açılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.
O deyib ki, filial Jetysu Regional Universitetinin bazasında açılacaq.
"Universitet Università Politécnica delle Marche-dir. O, İtaliyanın Ankona şəhərində yerləşir. Aqronomiya və kənd təsərrüfatı sahəsində çox güclü universitetdir. Bu il biz dörd proqramla başlayacağıq", -deyə Nurbek bildirib.
Onun sözlərinə görə, filialda kənd təsərrüfatı məhsullarının aqronomluğu, seleksiyası və texnologiyası üstünlük təşkil edəcək.
Cavid İmsməliyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью