Qazaxıstanda keçirilən referenduma dair exit poll nəticələri açıqlanıb

15.03.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanda keçirilən yeni konstitusiyanın qəbulu ilə bağlı keçirilən referenduma dair ilkin "exit-poll" nəticələri açıqlanıb.
Avrasiya İnteqrasiya İnstitutu tərəfindən keçirilən sorğu ölkənin əsas qanununun yeni redaksiyasını vətəndaşların 86,7 %-nin dəstəklədiyini göstərib.
Seçicilərin fəallığı (iştirak faizi) 75,3 % təşkil edib. Ölkə üzrə 200 seçki məntəqəsində aparılan araşdırmada 30 min nəfər iştirak edib.
Astana Kompleks Sosial Araşdırmalar İnstitutunun ("Sotsis-A") "Kazinform" tərəfindən təqdim olunan "exit-poll" nəticələrinə görə, sorğuda iştirak edən vətəndaşların 87,4 %-i yeni konstitusiyanın lehinə səs verib. Məlumata görə, seçki məntəqələrində aktivlik 73,8% təşkil edib.
/report
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью