Qazaxıstanda Mbapenin alt paltarını oğurlayıb satışa çıxardılar

01.10.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstanın Almatı şəhərində keçirilən “Kayrat” – “Real Madrid” oyunu ərəfəsində qalmaqallı hadisə baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” futbolçularının qaldığı hoteldə işləyən Aray Moldabayeva adlı xadimə oyunçulara məxsus əşyaları satışa çıxarıb. O, xüsusilə komandanın ulduzu Kilian Mbappenin yataq dəstini və alt paltarlarını (təmiz və çirkli variantda) satdğını bildirib. 

Xadimə sosial şəbəkədə paylaşım edərək maraqlananlardan ona mesaj yazmalarını xahiş edib. O, futbolçunun alt paltarının qiymətini yarım milyon tenge – təxminən 1550 manat olaraq müəyyənləşdirib.

Hadisə sosial mediada böyük maraq doğurub. Bir çox istifadəçi bunu ciddi qəbul etməyərək zarafat olduğunu düşünüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью