Qazaxıstanda Müdafiə Nazirliyinin helikopteri sərt eniş edib, ölən var

09.11.2024

Icma.az, Missiya.az saytına istinadən bildirir.


Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, təlim uçuşu zamanı göyərtədə 3 ekipaj üzvü olub, sərt eniş sonrası onlardan biri ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırıb.

Qeyd olunubki, hadisənin təfərrüatları araşdırılır, olay yerində qurumlararası əməliyyat qrupu işləyir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью